15 yaşlı oğlanı avtomobil vuraraq öldürdü

10:15 - 12 Oktyabr 2024

15 yaşlı oğlanı avtomobil vuraraq öldürdü

Şəkidə 15 yaşlı oğlanı avtomobil vuraraq öldürüb.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a bildirilib ki, oktyabrın 11-də saat 22 radələrində Şəki rayonunun Qoxmuq kəndi ərazisində Ülvi Salamzadə idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 2009-cu il təvəllüdlü Asim Abdurahmanlını vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.


Xəbər xətti

12 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin