Məşhur futbolçu aktyor oldu: Yoldaşı ilə seriala çəkildi - FOTO

21:44 - 11 Oktyabr 2024

Məşhur futbolçu aktyor oldu: Yoldaşı ilə seriala çəkildi - FOTO

“Fənərbaxça”, “Beşiktaş”, “Başakşehir” kimi komandalarda çıxış edən futbolçu Caner Erkin karyerasında yeni səhifə açıb.

 

Manset.az türk mətbuatına istinadla xəbər verir ki, Erkin Erşan Kuneri serialında ilk aktyorluq təcrübəsi ilə pərəstişkarlarını təəccübləndirib.

Həyat yoldaşının etdiyi hər layihəyə dəstək verən Erkin bu dəfə dəstək verməklə yanaşı, layihədə özü də iştirak edib. Serialdakı səhnəsində rusca danışan Caner Erkin sosial mediada böyük rəğbətlə qarşılanıb.

Serialın baş rollarında Cem Yılmaz başda olmaqla Zafer Algöz, Çağlar Çorumlu, Şükran Ovalı, Ahsen Eroğlu, Nilperi Şahinkaya, Bige Önal, Bülent Şakrak, Bora Akkaş, Merve Dizdar, Celal Kadri Kınoğlu, Hande Yılmaz, Alişan Uğur, Ozan Çelik yer alıb.



Xəbər xətti

12 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin