Azərbaycan Estoniya millisinə məğlub oldu - YENİLƏNİB

22:02 - 11 Oktyabr 2024

Azərbaycan Estoniya millisinə məğlub oldu - YENİLƏNİB

Azərbaycan yığması UEFA Millətlər Liqasında səfərdə Estoniya millisinə məğlub olub.

 

Manset.az xəbər verir ki, C Liqasının I qrupundakı qarşılaşmada yığmamız 1:3 hesabı ilə uduzub.

Tallində gerçəkləşən matçda hesabı meydan sahiblərindən 32-ci dəqiqədə İoan Yakovlev açıb. 45+ 1-ci dəqiqədə yığmamız hesaba tarazlıq gətirib. Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirib. Bununla belə, Estoniya fasiləyə üstün yollanmağı bacarıb. 45+2-ci dəqiqədə Vlasiy Sinyavski Mehdi Cənnətovun qoruduğu qapıya yol tapıb. Qarşılaşmada yekun hesabı 71-ci dəqiqədə fərqlənən Rokko Robert Şeyn təyin edib.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığma Millətlər Liqasında növbəti oyununu oktyabrın 14-də Slovakiyaya qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 20:00-da start götürəcək

21:41

UEFA Millətlər Liqasının Estoniya - Azərbaycan matçında dördüncü qol vurulub.

Manset.az xəbər verir ki, C Liqasının I qrupunun görüşündə meydan sahibləri üstünlüklərini bir qədər də artırıblar - 3:1.

71-ci dəqiqədə Rokko Robert Şeyn fərqlənib.

21:06

UEFA Millətlər Liqasının Estoniya - Azərbaycan matçında ikinci hissə başlayıb.

Manset.az xəbər verir ki, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda öndədirlər - 2:1.

Qarşılaşmanı irlandiyalı FIFA referisi Robert Harvi idarə edir.

20:57

UEFA Millətlər Liqasının Estoniya - Azərbaycan matçında meydan sahibləri fasiləyə üstün yollanıb.

Manset.az xəbər verir ki, C Liqasının I qrupunun görüşündə Vlasiy Sinyavski yığmamızı cəzalandırıb - 2:1.

Bu qoldan sonra oyunda birinci hissə başa çatıb.

20:04

UEFA Millətlər Liqasının Estoniya - Azərbaycan matçına start verilib.

Manset.az xəbər verir ki, C Liqasının I qrupunun görüşü "A.Le Koq Arena”da keçirilir.

Qarşılaşmanı irlandiyalı FIFA referisi Robert Harvi idarə edir.

19:12

Bu gün UEFA Millətlər Liqasında üz-üzə gələcək Estoniya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.

Manset az milli komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

Estoniya : Karl Yakob Heyn, Mihael Şyonninq-Larsen, Mattias Kayt, Rokko Robert Şeyn, Henri Anyer, Mihkel Aynsalu, Maksim Paskotsi, İoan Yakovlev, Yoonas Tamm, Karol Mets, Vlasiy Sinyavski.

Azərbaycan: Mehdi Cənnətov, Elvin Cəfərquliyev, Anton Krivotsyuk, Coşqun Diniyev, Renat Dadaşov, Ramil Şeydayev, Rahil Məmmədov, Bədavi Hüseynov, Toral Bayramov, Aleksey İsaev, Abbas Hüseynov.

Qeyd edək ki, Tallin şəhərindəki "A.Le Koq Arena” təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.


Xəbər xətti

11 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin