Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
21 Dekabr 2024
18:50 - 11 Oktyabr 2024
Abşeron rayonu Saray qəsəbəsində yerləşən 2 saylı orta məktəbin binasından yıxılan 8-ci sinif şagirdi Lalə Hüseynova (ad və soyad şərti) durumu açıqlanıb.
Manset.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 08.10.2024-cü il, saat 18:17-də Abşeron rayonu, Saray qəsəbəsi 2 saylı orta məktəbindən şagirdin yıxılması səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib.
Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 2010-cu il təvəllüdlü (qadın cinsli) şəxs müştərək travma diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Onurğanın bel-oma nahiyəsinin və çanaq sümüyünün sınığı, bel fəqərəsinin sınığı diaqnozları təyin edilən şəxs Neyrocərrahiyyə şöbəsinə yerləşdirilib.
O, 10.10.2024-cü ildə ixtisaslı tibbi xidmət almaq üçün Yeni Klinikaya təxliyə olunub. Hazırda vəziyyəti stabil olaraq qiymətləndirlir və əməliyyatı planlaşdırılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin