Ən çox maaşı bu sahədə çalışanlar alır: 3500-4200 MANAT - SİYAHI
18 Noyabr 2024
12:41 - 9 Noyabr 2021
Azərbaycan və Türkiyənin müdafiə nazirlərinin Bakıda keçirilən mətbuat konfransında təsirli anlar yaşanıb.
Manset.az xəbər verir ki, Türkiyə milli müdafiə naziri Hulusi Akar Vətən müharibəsinin şəhidi, baş leytenant Valeh Məmiyevlə bağlı xatirəsini danışarkən kövrəlib:
“Təlimdə qarşılaşıb duyğulu anlar yaşadığımız bir baş leytenant var - Valeh Məmiyev. Təlim vaxtı ona dedim ki, bu təlimlər önəmlidir və sizin uğurunuzdur. Amma əsl uğur işğal altındakı torpaqların azad edilməsidir demişdim. Həmin baş leytenantın yaralanması və xəstəxanada “verdiyim sözü tutdum” deməsi çox böyük bir xatirə idi bizim üçün”.
Qeyd edək ki, baş leytenant Valeh Məmiyev Qubadlının bir neçə yaşayış məntəqəsinin azad edilməsində şücaət göstərib. Döyüşlərdən birində onun tankı vurulub və zabit şəhid olub. Son anında təbəssümlə deyib ki, “mən qardaş Türkiyənin müdafiə nazirinə verdiyim sözə əməl elədim. Vətən sağ olsun”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin