"Zirə" klubuna texniki məğlubiyyət verilməsinin SƏBƏBİ

16:01 - 11 Oktyabr 2024

Gənclər Liqasının "Zirə" - "Qəbələ" oyununun nəticəsi ləğv olunub.

 

Manset.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi çıxarıb.

Buna səbəb Bakı klubunun heyətində adı protokolda qeyd edilməyən 45 nömrəli futbolçunun meydana daxil olmasıdır. AFFA "Zirə"yə 0:3 hesablı texniki məğlubiyyət verib.

Qeyd edək ki, paytaxt təmsilçisi ev oyununda 3:2 hesablı qələbə qazanmışdı.


Xəbər xətti

11 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin