Rusiya və İran arasında saziş imzalanacaq

15:09 - 11 Oktyabr 2024

Rusiya və İran arasında saziş imzalanacaq

İran Prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə görüşündə BRİKS dövlətlərarası assosiasiyasının oktyabrın 22-24-də Kazanda keçiriləcək sammiti zamanı Rusiya ilə “böyük saziş” imzalanacağına ümid etdiyini bildirib . 

 

Manset.az bu barədə rus mətbuatına istinadən xəbər verir.

"Ümid edirəm ki, biz bu sazişi Rusiyada keçiriləcək BRİKS sammiti zamanı bağlayacağıq", - Pezeşkian bildirib.

Qeyd edək ki, danışıqlar İran liderinin vəzifəyə başlamasından sonra Putin və Pezeşkian arasında ilk təkbətək görüş olub.


Xəbər xətti

11 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin