Azərbaycan bu oyunlara ev sahibliyi edəcək

14:15 - 11 Oktyabr 2024

Azərbaycan bu oyunlara ev sahibliyi edəcək

Azərbaycan Basketbol Federasiyası (ABF) ilə ali basketbol qurumu FIBA arasında imzalanmış müqaviləyə əsasən, ilk dəfə olaraq 3x3 basketbol üzrə Dünya Kubokunun (2025) seçmə mərhələ oyunları ölkəmizdə keçiriləcək.

 

Manset.az xəbər verir ki, 24 və 25 may tarixlərində Bakıda baş tutacaq seçmə mərhələ oyunlarında, 6 kişi və 6 qadın milli komanda əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.

Bu millilər arasında kişilərdən və qadınlardan ibarət yığmalarımız da iştirak edəcəklər.

Qeyd edək ki, kişi və qadın kateqoriyalarında seçmə mərhələ oyunlarının ən yaxşı 3 milli komandası Dünya Kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaq.


Xəbər xətti

11 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin