Millimizin Slovakiya ilə matçının hakimi açıqlandı

13:45 - 11 Oktyabr 2024

Millimizin Slovakiya ilə matçının hakimi açıqlandı

UEFA Millətlər Liqasında qrup mərhələsinin IV turunda keçiriləcək Azərbaycan – Slovakiya oyununun hakimləri bəlli olub.

 

Manset.az xəbər verir ki, Millətlər Liqasının IV turunun matçını Norveç təmsilçiləri idarə edəcəklər.

Qarşılaşmanın referisi Rohit Saqqi olacaq. Ona Morten Yensen və Anders Olav Dale kömək edəcəklər. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.

Qeyd edək ki, C liqasının I qrupunun Azərbaycan - Slovakiya oyunu oktyabrın 14-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.


Xəbər xətti

11 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin