Onların dövlətə 8 milyona yaxın borcu var

13:35 - 11 Oktyabr 2024

Onların dövlətə 8 milyona yaxın borcu var

“Azərbaycanda 1100-ə yaxın bələdiyyənin dövlətə 8 milyon manata yaxın borcu var”.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasda bildirib.

“Bələdiyyələrin borcu problemi uzun illərdir var. Borcların böyüməsinin qarşısını alınıb, lakin əvvəldən qalan borclar hələ də var. Bunların çoxu 3 ildən artıqdır ki, mövcuddur.

Dövlət büdcəsindən bələdiyyələrə ayrılan dotasiyalarla bunu həll etmək olar. Amma bu da bələdiyyələrdə bir az arxayınlıq yarada bilər. Müəyyən təkliflər var. Birləşmə başa çatdıqdan sonra bu problemi həll etmək daha optimal olacaq”, - deyə Fərid Əliyev bildirib.


Xəbər xətti

11 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin