İlham Əliyevdən Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı PAYLAŞIM
30 Dekabr 2024
12:45 - 11 Oktyabr 2024
Azərbaycanın iki nüfuzlu biznes subyekti olan Veysəloğlu Şirkətlər Qrupu və “Avrora Qrup” artıq Milli Aviyasiya Akademiyasının qadınlardan ibarət voleybol klubunun ortaq sahibləri kimi fəaliyyət göstərəcəklər.
Manset.az xəbər verir ki, bu şirkətlərin rəhbərləri – Aydın Talıbov və Ceyhun Abbasov, Milli Aviyasiya Akademiyasında keçirilən görüşdə komandanın idarəetmə heyəti, baş məşqçi və oyunçularla yanaşı, məşq şəraiti ilə də tanış olublar.
Klubun prezidenti Vüqar Məmmədov iş adamlarına komandanın cari durumu və gələcək inkişaf planları haqqında məlumat verib. Belə qeyd olunub ki, komandanı italiyalı məşqçi Ciovanni Toriçionu çalışdıracaq. Baş məşqçi, legionerlərlə birlikdə yerli idmançıların da komandada təmsil olunduqlarını vurğulayaraq, yaradılan şəraitdən məmnunluğunu bildirib və yaxşı nəticələr əldə edəcəklərinə olan əminliyini ifadə edib.
Veysəloğlu Şirkətlər Qrupunun rəhbəri Aydın Talıbov komandaya uğurlar diləyib və bu dəstəyin məqsədinə toxunaraq, ölkədə milli voleybolun inkişafına töhfə vermək və yerli voleybolçuların sayını artırmaq istədiklərini qeyd edib. Aydın Talıbov eyni zamanda, komandadan məsuliyyətli oyun və əla nəticələr gözlədiklərini vurğulayıb.
“Avrora Qrupun” rəhbəri Ceyhun Abbasov da deyilənlərə qoşularaq komandaya veriləcək dəstəyi təsdiqləyib. O, həmçinin əyalətlərdən oyunçuların cəlbinin əhəmiyyətini qabartıb. Nəticədə, aralarında ciddi biznes rəqabəti olan bu iki şirkət ortaq idman layihəsində bir araya gəlib. Tədbirin sonunda iş adamları komandanın kollektivi ilə xatirə şəkilləri çəkdiriblər.
Yaranmasının 30 illiyini qeyd edən Veysəloğlu Şirkətlər Qrupu korporativ sosial məsuliyyət layihələri çərçivəsində daima idman və sağlamlığa böyük önəm verir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin