Ukrayna bu ölkəni Putini həbs etməyə çağırdı - VİDEO

11:08 - 11 Oktyabr 2024

Ukrayna bu ölkəni Putini həbs etməyə çağırdı - VİDEO

Rusiya Prezidenti Vladimir Putin Türkmənistanın paytaxtı Aşqabada işgüzar səfərə gəlib.

 

Manset.az bu barədə TASS-a istinadən xəbər verir.

Rusiya dövlət başçısı görkəmli türkmən şairi və mütəfəkkiri Məqtimqulu Fraqinin anadan olmasının 300 illiyinə həsr olunmuş “Zamanların və sivilizasiyaların qarşılıqlı əlaqəsi – sülhün və inkişafın əsası” Beynəlxalq Forumunda iştirak edəcək.

Səfər zamanı Putinin forumun plenar iclasında çıxış etməklə yanaşı, bir neçə ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir. Onlardan biri İran Prezidenti Məsud Pezeşkianla olacaq.

Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirmişdi ki, bu görüş zamanı liderlər həm ikitərəfli məsələləri, həm də Yaxın Şərqdə vəziyyətin gərginləşməsini müzakirə edə biləcəklər.

Bu xəbərdən sonra Ukrayna Xarici İşlər Nazirliyi Türkmənistan hakimiyyətini oktyabrın 11-də Aşqabada işgüzar səfərə gələn Prezident Vladimir Putini həbs etməyə çağırıb. 

"Ukrayna ümid edir ki, Türkmənistan rəhbərliyi Putini həbs edəcək, onun barəsində Beynəlxalq Məhkəmə həbs qərarı çıxarıb", - Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi saytında deyilir.

 

 

Fidan Əliyeva

Manşet.az

 

 


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin