İtaliyanın Baş naziri COP29-da iştirak edəcək

11:14 - 11 Oktyabr 2024

İtaliyanın Baş naziri COP29-da iştirak edəcək

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) İtaliya nümayəndə heyətinə ölkə hökumətinin başçısı Corcia Meloni rəhbərlik edəcək.


Manset.az Report.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında COP29-un İqlim şəffaflığı üzrə yüksək səviyyəli həmkarı, İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Françesko Korvaro BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində bildirib.

“İtaliyanı COP29-da ölkənin Baş naziri Corcia Meloni təmsil edəcək. Nümayəndə heyətinin tərkibində ölkənin ətraf mühit naziri Cilberto Piketto Fratin də olacaq”, - o qeyd edib.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin