Məhəmməd Abdullah da öldürüldü - İsrail elan etdi

10:15 - 11 Oktyabr 2024

Məhəmməd Abdullah da öldürüldü - İsrail elan etdi

İordan çayının qərb sahilindəki Tulkərm şəhərində radikal “İslami Cihad" qruplaşmasının lideri məhv edilib.

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

“IDF və İsrail Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) birgə antiterror səyləri çərçivəsində cümə axşamı İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Tulkərm bölgəsinə zərbə endirib və “İslami Cihad”ın rəhbəri Məhəmməd Abdullahı məhv edib”, - məlumatda deyilir.

Hava zərbəsi Tulkərm yaxınlığında yerləşən Nur Şəms qaçqın düşərgəsinə endirilib.


Xəbər xətti

11 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin