BDU-nun 18 tələbəsi dönərdən zəhərləndi - Yenilənib

10:30 - 11 Oktyabr 2024

BDU-nun 18 tələbəsi dönərdən zəhərləndi - Yenilənib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) saytımıza bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı araşdırmalara başlanılıb.

Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək.

***

Bakı Dövlət Universitetindən verilən məlumata görə, təhsil müəssisəsinin Qazax filialında baş verən hadisə ilə bağlı müvafiq tədbirlər görülür.


***

09:58

Qazaxda tələbələr dönərdən zəhərlənib.

Manset.az xəbər verir ki, dünən saat 19 radələrində Bakı Dövlət Universitetinin Qazax filialının bufetində dönər yeyən 18 tələbəyə zəhərlənmə diaqnozu qoyulub.

Sabirabad rayon sakini 2003-cü il təvəllüdlü Ö. Rüstəmov, Tovuz rayon sakinləri 2007-ci il təvəllüdlü F.Rzayevaya, 2001-ci il təvəllüdlü İ. Niyazovaya, Gəncə şəhər sakini 2007-ci il təvəllüdlü. F. Süleymanovaya, Yevlax rayon sakini 2005-ci il təvəllüdlü F. Nəsibovaya, Ağstafa rayon sakinləri 2000-ci il təvəllüdlü Ş. Məmmədovaya, 2005-ci il təvəllüdlü N. Hacıyevə, Daşkəsən rayon sakini 2005-ci il təvəllüdlü C. İsrafilova, Mingəçevir şəhər sakini 2007-ci il təvəllüdlü S. Əliyevaya, Şəmkir rayon sakini 2004-cü il təvəllüdlü N. Əmirovaya, Beyləqan rayon sakini 2004-cü il təvəllüdlü R. Mədətova, Ağcabədi rayon sakini 2005-ci il təvəllüdlü M. Qasımovaya, Şamaxı rayon sakini 2003-cü il təvəllüdlü N. Məlikova, Qazax şəhər sakini 2006-cı il təvəllüdlü R. Məmmədliyə, Gədəbəy rayon sakini 2005-ci il təvəllüdlü G. Bağırovaya, Kəlbəcər rayon sakini 2005-ci il təvəllüdlü M. Şahbazova, Goranboy rayon sakinləri 2004-cü il təvəllüdlü O. Cəfərova və 2005-ci il təvəllüdlü A. İsgəndərovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırmalar aparılır.


Xəbər xətti

11 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin