Diş poliklinikasından oğurluq edən şəxs kameraya belə düşdü - VİDEO

09:20 - 11 Oktyabr 2024

Diş poliklinikasından oğurluq edən şəxs kameraya belə düşdü - VİDEO

Mingəçevirdə diş poliklinikasından oğurluq edən şəxs kameraya düşüb.

 

Manset.az xəbər verir ki, hadisə şəhərin 20 yanvar küçəsində fəaliyyət göstərən stomatoloji klinikada baş verib.

Belə ki, oğurluq əməlini törədən şəxs həkim-stomatoloqun otağına girərək ona məxsus pul qabını götürəüb və mərkəzi tərk edib.

Şəxsin törətdiyi əməl isə otaqda quraşdırılan təhlükəsizlik kamerasi ilə anbaan qeydə alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, əməli törədən şəxsin kimliyi müəyyən olunub və saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir.


Xəbər xətti

11 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin