Bakıda 330 min manatlıq saat oğurlandı - Çin vətəndaşı saxlanıldı

09:14 - 11 Oktyabr 2024

Bakıda 330 min manatlıq saat oğurlandı - Çin vətəndaşı saxlanıldı

Bakıda 330 min manat dəyərində saat oğurlanıb.

 

Manset.az xəbər verir ki, hadisə Yasamal rayonunda yerləşən "VMF Continental" mağazasında qeydə alınıb.

Oraya gələn naməlum şəxs 330 min manat dəyərində olan " Breguet" markalı qol saatını gizli yolla talayıb.

Həmin faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq zamanı hadisəni törətməkdə şübhəli bilinən Çin vətəndaşı, 1977-ci il təvəllüdlü Zhang Guomin tutulub.

Hazırda istintaq davam edir.


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin