Sabah bu rayonlarda qaz olmayacaq - XƏBƏRDARLIQ

20:50 - 10 Oktyabr 2024

Sabah bu rayonlarda qaz olmayacaq - XƏBƏRDARLIQ

Sabah saat 10:00-dan Xəzər rayonunda, saat 09:30-dan Qaradağ rayonunda və saat 14:00-dan 16:00-dək isə Binəqədi rayonunda qaz xətlərində görüləcək təmir işləri ilə əlaqədar qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Manset.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən bildirilib.

Təmir işləri aparılan müddətdə Xəzər rayonu üzrə Mərdəkan bağlarının, Mərdəkan Yeni, Stansiya Qala yaşayış massivlərinin, Şüvəlan qəsəbəsinin 1 hissəsinin, Qaradağ rayonu üzrə Qobustan qəsəbəsinin, Binəqədi rayonu üzrə isə Binəqədi qəsəbəsinin, Binəqədi kəndinin, Mədən ərazisinin, Baksol yolunun və Binəqədi şosesinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Xəbər xətti

11 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin