Tramp Harrislə debatdan imtina etdi

17:11 - 10 Oktyabr 2024

Tramp Harrislə debatdan imtina etdi

ABŞ-nin keçmiş prezidenti, Respublikaçılar Partiyasından dövlət başçısı postuna namizəd Donald Tramp demokrat rəqibi, vitse-prezident Kamala Harrislə debatların ikinci raundunu keçirmək niyyətində olmadığını təsdiqləyib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

"Kamala dünən açıqladı ki, o, Co Baydendən fərqli bir şey etməyəcək, ona görə də mübahisə etməyin mənası yoxdur", - Tramp sosial şəbəkədəki paylaşımında bildirib.

Vitse-prezident Kamala Harris ötən gün bildirmişdi ki, o, son dörd il ərzində prezident Co Baydendən fərqli bir şey etməyi təsəvvür edə bilməz.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin