Putin onu vəzifəsindən azad etdi

14:29 - 10 Oktyabr 2024

Putin onu vəzifəsindən azad etdi

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın ABŞ-dəki səfiri  Anatoli Antonovun vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

 

Manset.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

"Anatoli İvanoviç Antonov, Rusiya Federasiyasının Amerika Birləşmiş Ştatlarındakı səlahiyyətli səfiri və Rusiya Federasiyasının Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində Amerika Dövlətləri Təşkilatı yanında Daimi Müşahidəçisi vəzifələrindən azad edilsin", - sərəncamda deyilir.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Antonovun 2017-ci ildə ABŞ-dakı diplomatik nümayəndə postuna namizədliyini irəli sürüb. Dövlət Duması və Federasiya Şurası onun Rusiyanın Vaşinqtondakı səfiri təyin edilməsinə razılıq verib. 5 oktyabr 2024-cü ildə Antonov bu vəzifədə işini başa vurub.

 

 


Xəbər xətti

11 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin