Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
14:18 - 10 Oktyabr 2024
Moskva Ukrayna ilə davam edən müharibədə atəşkəs müzakirələri ilə bağlı yeni açıqlama verib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Jurnalistlərə açıqlama verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuatda atəşkəs planları ilə bağlı çoxlu xəbərlər olduğunu, lakin Moskvanın Kiyevin atəşkəsə hazır olduğuna dair konkret siqnallar almadığını açıqlayıb.
Peskov açıqlamalarında Şimali Koreyanın Ukraynada Rusiya lehinə döyüşmək üçün öz əsgərlərini göndərməsi ilə bağlı xəbərlərə də toxunub.
O, sözügedən xəbərləri təkzib edib.
“Bu, növbəti saxta xəbərə bənzəyir”, – Peskov bildirib.
Əlavə olaraq Peskov qeyd edib ki, Yaxın Şərqdə münaqişələrin coğrafiyası genişlənir bu isə çox təəssüfedici xəbərdir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin