“Azərbaycan da su qıtlığı ilə üzləşib”

13:25 - 10 Oktyabr 2024

“Azərbaycan da su qıtlığı ilə üzləşib”

“Biz hər il çaylarımızda suyun səviyyəsinin azaldığını, Xəzər dənizinin isə səviyyəsinin aşağı düşdüyünü görürük. Azərbaycan da su qıtlığı ilə üzləşib”.

 

Manset.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən COP-öncəsi tədbirinin iştirakçılarına müraciətində yer alıb.

Dövlət başçısı, həmçinin qeyd edib: “Azərbaycan bu çağırışların öhdəsindən gəlmək üçün cəsarətli addımlar atır. Biz milli səviyyədə “təmiz ətraf mühit və yaşıl inkişaf” sosial-iqtisadi prioritetimizi uğurla icra edirik. Azərbaycan 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edib”.


Xəbər xətti

11 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin