Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
10:14 - 10 Oktyabr 2024
Aİ-nin İqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra BMT-nin illik İqlim Konfransı ərəfəsində oktyabrın 10-11-də Azərbaycanda keçirilən COP29 öncəsi iclasda iştirak edir.
Manset.az xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycan nümayəndəliyi məlumat yayıb.
Bildirilir ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransına (COP29) cəmi bir ay (11-22 noyabr) qaldığı bir vaxtda belə bir görüşün təşkil edilməsi iqlim maliyyələşdirməsi, beynəlxalq karbon bazarları, iqlim dəyişikliyinə uyğunlaşma və qalıq yanacaqlardan keçidin sürətləndirilməsi ilə bağlı COP28-in öhdəliklərinin yerinə yetirilməsi daxil olmaqla müzakirələrin intensivləşdirilməsi və COP29-un uğurla yekunlaşmasına zəmin yaratmaq üçün rəsmi danışıqların başlanmasından əvvəl dünyanın müxtəlif ölkələrindən nazirlərin bir araya gəlməsi üçün əsas fürsətdir.
"Bu gün Komissar Hoekstra “COP29-a gedən yol” mövzusunda plenar müzakirədə və gün ərzində iqlim dəyişikliyinin təsirinin azaldılması, iqlim dəyişikliyinə uyğunlaşma, itki və zərər və iqlim maliyyəsi üçün yeni kollektiv kəmiyyət hədəfinə (YKKH) yönəlmiş üç seksiya iclasında iştirak edəcək. Aİ Şurası bu həftə iqlim maliyyələşdirilməsinə dair nəticələri təsdiqləmişdir və Aİ-nin COP29 üzrə danışıqlar mandatının oktyabrın 15-də Ətraf Mühit Şurasının iclasında razılaşdırılacağı gözlənilir. Komissar həmçinin gələn il üçün milli səviyyədə müəyyən edilmiş töhfələrin növbəti mərhələsinin hazırlanması və onların Paris Sazişinin qlobal temperatur artımının 1,5°C-dək məhdudlaşdırılması məqsədi ilə uyğunlaşdırılmasına həsr edilmiş "Missiya 1,5 üçün yol xəritəsi" mövzusunda panel müzakirəsində giriş nitqi ilə çıxış edəcək
Komissar həmçinin BMT Baş katibinin müavini və BMT-nin dayanıqlı İnkişaf Qrupunun sədri Amina C. Mohammed, Misirin Ətraf Mühit Naziri Yasmin Fuad, Fransanın Ekoloji Keçid, Enerji, İqlim və Risklərin Qarşısının Alınması naziri yanında enerji məsələləri üzrə nazir-nümayəndə Olqa Jiverne, Sinqapurun Davamlı İnkişaf və Ətraf Mühit Naziri, Qreys Fu ilə ikitərəfli görüşlər keçirəcək. Axşam o, COP29 Rəyasət Heyətinin təşkil etdiyi nazirlər üçün şam yeməyində iştirak edəcək.
Cümə günü Komissar Hoekstra Paris Sazişinin 6-cı maddəsinə əsasən karbon bazarlarının potensialının kəşf edilməsi və Paris Sazişi üzrə ilk qlobal xülasənin nəticələrinin həyata keçirilməsinə həsr edilmiş plenar müzakirələrdə iştirak edəcək. O, həmçinin gün ərzində Almaniyanın Dövlət Katibi və Beynəlxalq İqlim Fəaliyyəti üzrə Xüsusi Elçisi Cennifer Morqan; Cənubi Afrikanın Meşə, Balıqçılıq və Ətraf Mühit Naziri Dion Corc; və Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Yerlan Nısanbayev ilə ikitərəfli görüşlər keçirəcək. Komissarın Bakıya səfəri Yaşıl Diplomatiya Həftələri çərçivəsində vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş və ADA Universitetinin gənc tələbələri ilə müzakirə ilə yekunlaşacaq", - məlumatda deyilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin