Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
21 Dekabr 2024
20:09 - 9 Oktyabr 2024
Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın və Şuşa rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliklərinin dəstəyi ilə həmin rayonlarda əmək yarmarkaları təşkil ediləcək.
Manset.az xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yarmarkalar oktyabrın 15-də saat 10:30-da Laçın şəhərindəki “Seyrangah” adlanan ərazidə, oktyabrın 16-da saat 11:00-da isə Şuşa şəhərindəki "Şuşa" otelində keçiriləcək.
Tədbirlərdə işsiz və işaxtaran şəxslərə 42-dən çox müəssisə tərəfindən müxtəlif sahələr üzrə 400-dən çox vakansiya təqdim ediləcək. Onlara Agentliyin aktiv məşğulluq proqramları barədə ətraflı məlumatlar da veriləcək. v
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin