ABŞ-də 1700-dən çox uçuş təxirə salındı

19:28 - 9 Oktyabr 2024

ABŞ-də 1700-dən çox uçuş təxirə salındı

ABŞ tarixinin ən dağıdıcı qasırğalarından biri olacağı proqnozlaşdırılan “Milton” qasırğasının yerli vaxtla oktyabrın 9-u axşam saatlarında (Bakı vaxtı ilə oktyabrın 10-u səhər saatlarında) Floridanın qərb sahillərinə daxil olması gözlənilir.

 

Manset.az xəbər verir ki, quruya çatan zaman 3-cü və ya 4-cü kateqoriyaya enəcək qasırğanın sürətinin saatda 200-210 kilometr olacağı deyilir. ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına əsasən, bu, Qərbi və Mərkəzi Floridada indiyə kimi qeydə alınmış ən güclü qasırğalardan biri olma potensialına malikdir.

Qasırğa ilə bağlı evakuasiya işləri oktyabrın 7-dən başlayıb. Qasırğanın ən çox əhatə edəcəyi Tampa, Sarasota və Fort Myers bölgələrində yaşayan 5,5 milyon insana yaşadığı əraziləri tərk etmək əmri verilib. Bəzi sakinlər evlərini tərk etmək istəmirlər. Yaxınlaşan qasırğanın gücünü nəzərə alan rəsmilər evlərində qalan insanların yaşamaq şanslarının aşağı olduğunu açıqlayıblar.

Qasırğaya görə ölkə üzrə 1700-dən çox uçuş təxirə salınıb.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin