"Barselona"nın futbolçusu karyerasını bitirdi - FOTO

17:45 - 9 Oktyabr 2024

"Barselona"nın və İspaniya milli futbol komandasının sabiq yarımmüdafiəçisi Andres İnyesta peşəkar idmandan getdiyini açıqlayıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

"Mən çox şadam ki, arzumu həyata keçirdim. İdman karyeram tarix kimi oldu, çünki peşəkar səviyyədə ən yaxşısını yaşadım", - 40 yaşlı İnyesta bildirib.

İnyesta İspaniya millisinin tərkibində dünya çempionu, ikiqat Avropa çempionudur. "Barselona"nın tərkibində doqquz dəfə İspaniya çempionatını, yeddi dəfə İspaniya Superkubokunu, altı dəfə İspaniya kubokunu, dörd dəfə UEFA Çempionlar Liqasını, üç dəfə UEFA Superkubokunu və Klublararası Dünya Kubokunu qazanıb.

Andres İnyesta karyerasını bitirdiyini açıqlayıb


Xəbər xətti

9 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin