Aİ Livan üçün humanitar hava körpüsü təşkil edir

17:10 - 9 Oktyabr 2024

Aİ Livan üçün humanitar hava körpüsü təşkil edir

Avropa Komissiyası (AK) Livan üçün Humanitar Hava Körpüsü əməliyyatının başlandığını və bu ölkəyə Aİ üzv dövlətlərindən əlavə yardımın səfərbər edildiyini elan edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

"Aİ Livanda davam edən böhrandan zərər çəkmiş insanlara dəstək olmaq üçün sərəncamında olan bütün fövqəladə hallara cavab vasitələrini səfərbər edir. Aİ bu gün Dubay və Brindisidən üç uçuşdan ibarət Livan üçün Humanitar Hava Körpüsü Əməliyyatına başlayıb və bunlardan birincisi Azərbaycana gələcək. Oktyabrın 11-də Beyrutda olacaq”, - AK öz kommünikesində deyilir.

Sənəddə qeyd olunur ki, bu uçuşlar Aİ ehtiyatlarından humanitar yardımlar, o cümlədən, gigiyena vasitələri, ədyal və təcili sığınacaq dəstləri də daxil olmaqla, daşıyacaq.

 


Xəbər xətti

9 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin