Papa Zelenski ilə görüşəcək

16:44 - 9 Oktyabr 2024

Papa Zelenski ilə görüşəcək

Roma Papası Fransisk Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Papa və Ukrayna lideri arasında görüş oktyabrın 11-i baş tutacaq.

Xatırladaq ki, Roma Papası Fransisk Ukrayna Silahlı Qüvvələrinin (AFU) uzaqmənzilli silahlarının Rusiyaya zərbə endirməsinə mənfi münasibət bəsləyib.

Onun fikrincə, bu, hər iki ölkədə münaqişənin genişlənməsinə və daha da böyük dağıntılara səbəb olacaq.


Xəbər xətti

9 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin