Ən çox maaşı bu sahədə çalışanlar alır: 3500-4200 MANAT - SİYAHI
18 Noyabr 2024
22:45 - 8 Noyabr 2021
“Bu gün Azərbaycanın Qarabağı və işğal altındakı ərazilərini 44 günlük şanlı bir savaş nəticəsində azad etməsinin birinci ildönümüdür. Beynəlxalq ictimaiyyətin gözü qarşısında təxminən otuz illik işğala son qoyan qardaşım, Prezident İlham Əliyev başda olmaqla azərbaycanlı qardaşlarımı bir daha təbrik edirəm”.
Manset.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra mətbuata açıqlamasında deyib.
“Qarabağ və Azərbaycanın digər ərazilərinin haqsız, hüquqsuz və əxlaqsız işğalı qarşısında 30 il boyunca susanlar bölgədə tökülən qanların və faciələrin məsuliyyətini daşıyırlar”, - dövlət başçısı vurğulayıb.
Şəhidlərimizə Allahdan rəhmət, qazilərə şəfa diləyən Türkiyə dövlətinin başçısı Zəfərdən sonra işğaldan azad olunan ərazilərdə böyük abadlıq və quruculuq prosesini davam etdiyini xatırladıb, bölgədə yaranmış yeni vəziyyətin bütün tərəflər üçün faydalı olduğunu söyləyib.
Keçmiş məlum münaqişənin Ermənistanın əsas işğalçılığı və hücumları nəticəsində başlandığını, təcavüzkar tərəfin məqsədli şəkildə silahlandırıldığını diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə bildirib ki, qazanılmış Zəfərdən sonra yaranmış yeni vəziyyət Qafqazın strateji əhəmiyyətini daha da artıracaq. Türkiyə Zəngəzur dəhlizinin açılması da daxil olmaqla, bütün platformalarda Azərbaycanın yanında olmaqda davan edəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin