ADNSU ilk dəfə “Times Higher Education World University Rankings 2025”də yer alıb

13:45 - 9 Oktyabr 2024

ADNSU ilk dəfə “Times Higher Education World University Rankings 2025”də yer alıb

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) dünyanın nüfuzlu reytinq agentliyi olan “Times Higher Education World University Rankings 2025”-ə daxil olub.

 

Manset.az xəbər verir ki, ADNSU 2025-ci il üzrə “Times Higher Education” dünya universitetləri reytinqində 1501+ yerdə qərarlaşıb.

Son nəticələrə əsasən, ADNSU milli səviyyədə yüksək reytinq əldə edib (=1/2), həmçinin "Tədris" və "Beynəlxalq perspektiv" kateqoriyaları üzrə güclü nəticələr göstərib. Universitet tədris pilləsindəki göstəricisi üzrə 1399, beynəlxalq perspektiv kateqoriyası üzrə isə 1505-ci yeri tutub. Bu reytinq, ADNSU-nun qlobal akademik mövqeyini gücləndirmək istiqamətində davam edən səylərinin nəticəsidir.

Qeyd edək ki, “THE World University Rankings 2025”-in nəticələri oktyabrın 9-da Birləşmiş Krallıqda keçirilən “Dünya Akademik Sammiti” çərçivəsində açıqlanıb.

Times Higher Education World University Rankings 2025”-də iki Azərbaycan universiteti yer alıb. Reytinq siyahısında yer alan digər ali məktəb Bakı Dövlət Universitetidir.


Xəbər xətti

9 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin