Dünya ulduzu Bakıya gəlir: “Qarabağ” açıqladı - FOTO

13:36 - 9 Oktyabr 2024

Dünya ulduzu Bakıya gəlir: “Qarabağ” açıqladı - FOTO

Futbol tarixinə qızıl hərflərlə yazılmış ulduz futbolçu Mesut Özil "Qarabağ" klubunun qonağı olacaq.

 

 

Manset.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 11-də "Azersun Arena"da keçiriləcək açıq məşq zamanı Mesut Özil də iştirak edəcək.

Tədbir saat 16:30-da başlayacaq və hazırlıqdan sonra Özil, "Qarabağ"ın futbolçuları ilə üz-üzə gələcək. Şou xarakterli bu tədbirə giriş sərbəstdir və futbol azarkeşləri üçün əlamətdar bir gün olacaq.



Xəbər xətti

9 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin