“Kontakt”da “iPhone 16” satışları başladı: Bir gecədə rekord satış

13:13 - 9 Oktyabr 2024

“Kontakt”da “iPhone 16” satışları başladı: Bir gecədə rekord satış

Bugündən etibarən “iPhone 16” seriyasının Azərbaycanda rəsmi satışlarına start verildi. “Apple”ın ölkəmizdəki rəsmi tərəfdaşı “Kontakt” ən son model “iPhone”ları əldə etmək istəyənlər üçün gecə saat 00:01-də satışlara başladı.


Oktyabrın 4-u gecə “iPhone 16” seriyasının ilk sahiblərindən olmaq istəyən yüzlərlə şəxs “Kontakt”ın “Nərimanov” mağazasına axın etdi. Gecə olmasına baxmayaraq, yeni “iPhone” seriyası çox böyük maraqla qarşılandı və satışın ilk saatlarında öncədən sifariş üçün nəzərdə tutulmuş bütün növ “iPhone 16 Pro” və “Pro Max” modelləri tamamilə satıldı.

Şəbəkənin mağazalarından aldığımız məlumata əsasən, hazırda “iPhone 16” seriyasının bütün rəng və yaddaş növləri müntəzəm olaraq yenilənir. İstənilən modeli əldə etmək üçün “Kontakt” mağazalarına və ya kontakt.az saytına müraciət edə bilərsiniz.

Alıcılar arasından həm də hədiyyə qazananlar oldu. Belə ki, şəbəkə gecə satışına özəl olaraq yeni “Apple” məhsullarından 3100 manatadək dəyəri olan hədiyyələr də təqdim etdi.

Üstəlik, oktyabradək 6-dək alıcılara “iPhone 16” modelini hissəli alışla ayda 147 manatdan, “iPhone 16 Pro” modellərini isə183 manatdan başlayan qiymətlərlə faizsiz almaq imkanı yaradılıb.

Qeyd edək ki, “Kontakt” mağazalar şəbəkəsi Azərbaycanda “Apple” brendinin rəsmi satış mərkəzidir və buradan qlobal zəmanətli, orijinal “Apple” məhsullarını rahatlıqla əldə edə bilərsiniz.


Xəbər xətti

9 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin