Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
12:26 - 9 Oktyabr 2024
Oktyabrın 8-də Rusiyanın paytaxtı Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderlərinin görüşü keçirilib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sammitdə 11 sənəd imzalanıb. MDB ölkələrinin liderləri gələn il qeyd olunacaq İkinci Dünya Müharibəsində Sovet İttifaqının faşist Almaniyasını məğlub etməsinin 80 illiyi münasibətilə birgə müraciət dərc ediblər.
Birgə müraciətdə MDB ölkələrinin xalqlarına və dünya xalqlarına faşizmin və nasizmin dirçəlməsinə imkan verməməyə, yeni dünya müharibəsi başlamaq cəhdlərinin qarşısını almağa çağırış edilib.
Qeyd edək ki, Sammitə ev sahibliyi edənlərdən əlavə , Rusiya Prezidenti Vladimir Putin , Azərbaycan Prezidenti İlham Əliyev , Qazaxıstan Prezidenti Kasım Comert Tokayev, Qırğızıstan Prezidenti Sadır Caparov, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Belarus Prezidenti Aleksandr Lukaşenko, Tacikistan Prezidenti Emoməli Rəhman, Ermənistanın baş naziri Nikol Paşinyan və MDB-nin baş katibi Sergey Lebedev iştirak ediblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin