Yeni peşə ixtisasları yaradıldı

10:48 - 9 Oktyabr 2024

Yeni peşə ixtisasları yaradıldı

Nazirlər Kabineti “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edib, yeni ixtisaslar yaradılıb.

 

Manset.az-ın xəbərinə görə, “Sənətşünaslıq, mədəniyyət və incəsənət” peşə istiqaməti üzrə” “030102 Kargüzarlıq” ixtisas qrupuna “Kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis”, “II. “İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə istiqaməti üzrə” hissə üzrə “030206 Qaz avadanlıqlarının təmiri və istismarı” ixtisas qrupuna “Qaz təsərrüfatı qurğularının istismarı”, “030208 İaşə xidməti” ixtisas qrupuna “Qida və içki üzrə nəzarətçi”, “030213 Bələdçilik” ixtisas qrupuna “Turizm bələdçiliyi”, “030214 Avtomatlaşdırılmış texnologiyalar və istehsal” ixtisas qrupuna “Robototexnika”, “030219 İnformasiya-kommunikasiya texnologiyası və hesablama texnikasının təmiri və servis xidməti” ixtisas qrupuna “Veb proqram tərtibatçısı”, “III. “Kənd təsərrüfatı, balıq və meşə təsərrüfatı” peşə istiqaməti üzrə” hissə üzrə “030301 Bitkiçilik” ixtisas qrupuna “Bağçılıq və tərəvəzçilik” və “Aqronomluq” ixtisasları əlavə edilib.


Xəbər xətti

9 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin