"Rusiya Azərbaycan və Ermənistanın işlərinə qarışmır" - Peskov

20:18 - 8 Oktyabr 2024

Rusiya Azərbaycan və Ermənistanın işlərinə qarışmır.

 

Manset.az APA-ya istinadən  xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov “İzvestiya” nəşri ilə söhbətində İlham Əliyev və Nikol Paşinyanın MDB-yə üzv ölkələrin dövlət başçıları şurasının iclasında yan-yana oturması faktını şərh edərkən bildirib.

Onun sözlərinə görə, MDB ölkələrinin başçılarının həmişə bir masa arxasında otururlar.

Peskov qeyd edib ki, Azərbaycan və Ermənistan bu və ya digər şəkildə MDB çərçivəsində dialoqu davam etdirirlər.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin