Baş Prokurorluğun geniş kollegiya iclası keçirildi - FOTOLAR

19:54 - 8 Oktyabr 2024

Baş Prokurorluğun geniş kollegiya iclası keçirildi - FOTOLAR

Bu gün Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə geniş kollegiya iclası keçirilib.

 

Manset.az xəbər verir ki, iclasda 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaradılmasının 106 illiyi münasibətilə bir qrup prokurorluq işçisinin Prezident İlham Əliyev tərəfindən yüksək dövlət mükafatlarına layiq görülməsi ilə əlaqədar prokurorluq işçiləri adından ölkə rəhbərliyinə təşəkkür və dərin minnətdarlıq bildirilib.

Bundan sonra da hər bir prokurorluq əməkdaşı tərəfindən fəaliyyətləri ərzində insan vətəndaş hüquq və azadlıqların qorunması, həmçinin cinayətkarlığa qarşı mübarizə sahəsində digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin intensiv qaydada davam etdirilməli olduğu, xüsusən əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması sahəsində səmərəliliyin artırılmasının vacibliyi vurğulanıb.

Daha sonra, Baş prokuror Kamran Əliyev tərəfindən Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət sayəsində ölkəmizin beynəlxalq əlaqələrinin daim inkişaf etməsi, ölkəmizin beynəlxalq nüfuzunun günü-gündən artması, ölkəmizin bir sıra regional, eləcə də beynəlxalq tədbirlərə ev sahibliyi etməsi qeyd edildi və bu tədbirlər çərçivəsində ölkəmiz və prokurorluq üçün müstəsna əhəmiyyət kəsb edən,170-dən çox dövlətin üzv olduğu Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclasının, 29-cu İllik Konfransının və Ümumi Yığıncağının cari ilin 27 sentyabr - 02 oktyabr tarixlərində paytaxt Bakı şəhərində yüksək peşəkarlıq və təşkilatçılıqla keçirildiyi iştirakçıların diqqətinə çatdırılıb.

Eyni zamanda çıxışda qeyd olunub ki, bu ilin noyabr ayında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) kimi mötəbər bir tədbirin paytaxtımızda keçirilməsinin 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilməsi dünya ölkələri tərəfindən ölkəmizə olan etimadın və Prezident İlham Əliyevin siyasi səriştə və bacarığına, habelə nüfuzuna olan inamın və rəğbətin göstəricisidir.

Tədbir zamanı Baş prokuror tərəfindən peşə bayramı münasibətilə müvafiq əmrlə təltif edilmiş bir qrup prokurorluq əməkdaşına mükafatlar təqdim edilib.

Bundan başqa, iclasda cari ildə prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş 26-cı müsabiqənin gedişatı barədə məlumat verilərək, prokurorluğun fəaliyyəti ilə əlaqədar bir sıra kadr məsələləri üzrə qərarlar qəbul edilib.

Tədbirdən sonra Baş Prokurorluğun rəhbərliyi yenidən layihələndirilmiş Azərbaycan Prokurorluğunun tarix muzeyi ilə tanış olub.



Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin