İsrailin Hayfa şəhərinə 100-dən çox raket atıdı

17:55 - 8 Oktyabr 2024

İsrailin Hayfa şəhərinə 100-dən çox raket atıdı

Livanın paytaxtı Beyrutu intensiv bombardman edən İsrail ordusu bu gün Livan tərəfdən Hayfa şəhərinə iki dalğada ümumilikdə 105 raket atıldığını açıqlayıb.

 

Manset.az xarici mediaya istinadla xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada Hizbullah tərəfindən atılan raketlərin bir hissəsinin İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən qarşısının alındığı bildirilib.

İsrail polisinin verdiyi açıqlamada Hayfada məhv edilən raket hissələrinin 150 fərqli nöqtəyə düşdüyü qeyd edilib.

İsrail təcili yardım xidməti tərəfindən verilən açıqlamada 71 yaşlı qadının yüngül yaralandığı bildirilib".

Açıqlamaya görə, ilk mərhələdə Livandan Hayfaya 85 raket atılıb, onlardan bəziləri şəhərin müəyyən bölgələrinə düşüb və ziyan vurub.

 


Xəbər xətti

9 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin