Makronu hakimiyyətdən uzaqlaşdırmaq cəhdi uğursuzluqla nəticələndi

17:38 - 8 Oktyabr 2024

Makronu hakimiyyətdən uzaqlaşdırmaq cəhdi uğursuzluqla nəticələndi

Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) fraksiya liderlərinin konfransı Prezident Emmanuel Makronun hakimiyyətdən uzaqlaşdırılmasına dair qətnamə layihəsini rədd edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bu konfransda solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası qətnamə layihəsini dəstəkləməsinə baxmayaraq, digər siyasi qüvvələrin liderləri onun əleyhinə səs veriblər. İfrat sağçı Milli Ralli partiyasının rəhbəri Marin Le Pen isə bitərəf qalıb.

Xatırladaq ki, Fransada Konstitusiyanın 68-ci maddəsinə əsasən, prezident əsas vəzifələrini yerinə yetirmədiyi təqdirdə parlamentin onu hakimiyyətdən kənarlaşdırmaq hüququ var.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin