Oğlunu ağladan 12 yaşlı uşağı maşını ilə əzdi

16:12 - 8 Oktyabr 2024

Oğlunu ağladan 12 yaşlı uşağı maşını ilə əzdi

Bolu ərazisində küçədə oynayan oğlu T.U.-ya muncuq tapançası ilə muncuq atan Eren Y.-ni avtomobili ilə əzib yaralayan Gülcan Mutlu Ulusoya qarşı 20 ilə qədər həbs tələbi ilə iddia qaldırılıb.

 

Manset.az xəbər verir ki, T.U ağlaya-ağlaya evə gedərək vəziyyəti anası Gülcan Mutlu Ulusoya (33) izah edib. Hadisədən qəzəblənən ana Ulusoy avtomobili ilə küçədə velosiped sürən Eren Y.-ni əzib.

Avtomobilin altında qalan Eren Y.  sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılıb və müalicə olunub.

Hadisədən sonra Gülcan Mutlu Ulusoy nəzarətə götürülüb.

Onun avtomobili ilə uşağın üzərinə sürdüyü anlar təhlükəsizlik kamerasına düşüb.

Gerede Polis Şöbəsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilən Ulusoy ev dustaqlığına məhkum edilib.

Eren Y. xəstəxanada müalicəsinin ardından evə buraxılıb.

 


Xəbər xətti

9 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin