Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
15:18 - 8 Oktyabr 2024
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, 2024-cü ilin sonuna qədər Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 14-16 milyard dollara çata bilər.
Manset.az bu barədə Rusiya mediasına istinadən xəbər verir.
“Ticarət-iqtisadi əlaqələr çox enerjili və uğurla inkişaf edir, ötən il ticarət dövriyyəsi 7,4 milyard dollara çatıb, bu ilin birinci yarısında isə bu, 2,5 dəfə artaraq 8,3 milyard dolları ötüb Bu il 14-16 milyard dollara çata bilər. Bu, rekord göstəricidir”, - prezident bildirib.
O, həmçinin Paşinyanı ikitərəfli əməkdaşlığın humanitar aspektini müzakirə etməyə dəvət edib. Prezident xatırladıb ki, Rusiya Ermənistan iqtisadiyyatında aparıcı xarici investordur. Ölkə bu il ərzində təxminən 4 milyard dollar sərmayə toplayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin