Qadın gizlənqaç oynayanda sevgilisini öldürdü

15:05 - 8 Oktyabr 2024

Qadın gizlənqaç oynayanda sevgilisini öldürdü

ABŞ-ın Florida ştatında qadın gizlənqaç oyunu zamanı sevgilisini öldürüb.

 

Manset.az Lent.az-a istinadla xəbər verir ki, 42 yaşlı Xorxe Torresin qalıqları 2020-ci ilin fevral ayında çamadanda tapılıb. Ölümlə əlaqədar şübhələr dərhal onun sevgilisi 46 yaşlı Sara Bunun üzərinə düşüb. Dindirmə zamanı o, Torresin sərxoş vəziyyətdə gizlənqaç oyunu zamanı bədbəxt hadisə nəticəsində öldüyünü bildirib. Onun sözlərinə görə, zarafat üçün kişini çamadana bağlayıb, sonra isə sevgilisinin özbaşına çıxacağını düşünərək yatağa gedib. Səhər isə çamadana baxanda onun öldüyünü görüb.

Bir müddət sonra Bunun çəkdiyi video polisin əlinə keçib. Videoda Torresin böyük bir çantanı döyəclədiyi və "Nəfəs ala bilmirəm" deyə qışqırdığı əks olunub.

Qadının günahı sübuta yetirilərsə, onu ömürlük həbs cəzası gözləyir.


Xəbər xətti

9 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin