Muzey işçisi təsadüfən sənət əsərini satdı - FOTO

13:53 - 8 Oktyabr 2024

Muzey işçisi təsadüfən sənət əsərini satdı - FOTO

Hollandiyada bir muzey işçisi sərgidə nümayiş etdirilən içki qablarını səhvən atıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Hollandiyadakı LAM Muzeyinin yeni işçisi fransız rəssam Alexandre Lavetin "Birlikdə keçirdiyimiz bütün yaxşı vaxtlar" adlı içki qablarının eksponat olduğunu anlamadan onları atıb.

Muzeyin direktoru qutuların əskik olduğunu görəndən sonra geniş axtarışlara başlanılıb. Daha sonra əsər tullanmağa hazır bir zibil torbasından tapıb.

“Onlar təmizlənərək muzeyin girişindəki müvəqqəti fəxri yerə qoyulub və indi burada ənənəvi postamentdə nümayiş etdirilir”- muzey rəhbərliyi açıqlama verib.

 

Hollandiyada muzey işçisi təsadüfən sənət əsərini atıb


Xəbər xətti

9 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin