Husilər iki şəhərə zərbələr endirdi

01:00 - 8 Oktyabr 2024

Husilər iki şəhərə zərbələr endirdi

Yəmənin Ənsar Allah üsyançı hərəkatından olan husilər Tel-Əviv və Eylat şəhərlərindəki hədəflərə raket və pilotsuz təyyarələrlə hücum edib.

 

Manset.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səria açıqlama verib.

O bildirib ki, üsyançıların silahlı qüvvələri iki hərbi əməliyyat həyata keçirib. İlk əməliyyat zamanı iki raket ataraq Tel-Əvivdə İsrailin iki hərbi hədəfini vurublar.

Husilər həmçinin Jaffa və Samad-4 adlanan pilotsuz təyyarələrdən istifadə edərək Tel-Əviv və Eylat şəhərlərindəki hədəflərə hücum edib.


Xəbər xətti

8 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin