Parlamentlərarası işçi qruplarına rəhbərlər seçiləcək

22:45 - 7 Oktyabr 2024

Parlamentlərarası işçi qruplarına rəhbərlər seçiləcək

Milli Məclisin oktyabrın 8-də keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.

 

Manset.az xəbər verir ki, deputatlar Milli Məclisin işçi qruplarına yeni rəhbərlərin seçilməsini müzakirə edəcək.

"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" məsələ gündəliyə daxil edilib.

İclasın gündəliyinə 28 məsələ daxildir.

Qeyd edək ki, Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası oktyabrın 8-də keçiriləcək.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin