Zaqatalada avtomobil velosiped sürən uşağı vurdu

22:10 - 7 Oktyabr 2024

Zaqatalada avtomobil velosiped sürən uşağı vurdu

Zaqatalada 6-cı sinif şagirdi olan velosipedçini avtomobil vurub.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Muxax kəndində baş verib.

Belə ki, kənd sakini 2013-u il təvəllüdlü Murad Fəxrəddin oğlu Qurbanov velosipedlə hərəkətdə olarkən minik avtomobili tərəfindən vurulub.

Hadisə zamanı müxtəlif dərəcəl bədən xəsarətləri alan M. Qurbanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib.

Hazırda məktəblinin müayinələri aparılır.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbər xətti

8 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin