"Sumqayıt" - "Qarabağ" qarşılaşmasında azarkeş rekordu

19:20 - 7 Oktyabr 2024

Azərbaycan Premyer Liqasının IX turunda keçirilən "Sumqayıt" - "Qarabağ" (0:1) qarşılaşmasında mövsümün azarkeş rekordu qeydə alınıb.

 

Manset.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçı 7000 tərəfdar izləyib.

Buna qədər cari mövsümün azarkeş rekordu Tovuz şəhər stadionunda qeydə alınmışdı. V turun "Turan Tovuz" - "Səbail" oyununu 5500 azarkeş tribunalardan canlı izləmişdi.


Xəbər xətti

7 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin