Prezident generalı nazir müavini təyin etdi - SƏRƏNCAM

18:50 - 7 Oktyabr 2024

Prezident generalı nazir müavini təyin etdi - SƏRƏNCAM

General-leytenant Namiq İslamzadə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı təyin olunub.

 

Bu barədə Manset.az-a Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı bu vəzifədə Hərbi Hava Qüvvələrinin sabiq komandanı general-leytenant Ramiz Tahirovu əvəzləyib. R.Tahirov iki ay öncə yaş həddi ilə əlaqədar xidmətdən azad edilib.

 


Xəbər xətti

7 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin