Prezident bu mərkəzləri ləğv etdi - SƏRƏNCAM
21 Noyabr 2024
18:26 - 7 Oktyabr 2024
Ukrayna Ali Radası aparat rəsmilərinə "Telegram" messencerini həm rəsmi, həm də şəxsi cihazlarda iş məqsədləri üçün quraşdırmağı və istifadəni qadağan edib.
Manset.az xəbər verir ki, bu barədə deputat Yaroslav Yurçişin bildirib.
Onun sözlərinə görə, bu qərar Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının tövsiyəsi əsasında verilib.
Ukraynalı deputat əlavə edib ki, qadağa messencerdən rəsmi məlumat mübadiləsi üçün istifadə edə bilən bütün əməkdaşlara, o cümlədən texniki və inzibati heyətə şamil edilir.
"Telegram"ın istifadəsinə qoyulan qadağa təhlükəsizlik və məxfi məlumatlara mümkün icazəsiz girişlə bağlı narahatlıqlarla bağlıdır.
Milli Təhlükəsizlik və Müdafiə Şurasının məlumatına görə, messencerdən artıq dəfələrlə Ukrayna rəsmiləri və hökumət işçilərinin məlumatlarının sızdırılması üçün istifadə edilib.
Yurçişin xatırladıb ki, əvvəllər "Telegram" vasitəsilə deputatların və hökumət işçilərinin şəxsi məlumatları şəbəkəyə daxil olub və bu, kibertəhlükəsizlik üçün ciddi nəticələrə gətirib çıxarıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin