Bələdiyyə sədri vəzifəyə gələn kimi öldürüldü - FOTO

17:40 - 7 Oktyabr 2024

Bələdiyyə sədri vəzifəyə gələn kimi öldürüldü - FOTO

Meksikanın Çilpansinqo şəhərinin meri Alexandro Arkos vəzifəyə başladıqdan 6 gün sonra ölü tapılıb. 

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Narkotiklərlə mübarizə aparacağını vəd edən Arkosun narkotik kartelləri tərəfindən öldürüldüyü təxmin edilir. 

Dövlət Prokurorluğundan verilən açıqlamada istintaqın gedişi və şübhəlilər barədə məlumat verilməyib.

Sosial mediadakı son paylaşımlarında Arkosun vəzifəyə gəldikdən dərhal sonra işə başladığı və ötən ay ölkəni vuran Con qasırğasından sonra aparılan yardım işləri ilə maraqlandığı görülüb.

Qeyd edək ki, Meksikada iyunun 2-də keçiriləcək seçkilərdən əvvəl ştatda ən azı 6 dövlət vəzifəsinə namizəd öldürülüb.

Meksika'nın Chilpancingo Belediye Başkanı Alejandro Arcos Görevine  Başladıktan Bir Hafta Sonra Öldürüldü - Haberler

Meksika'da geçen hafta göreve başlayan Belediye Başkanı Arcos öldürüldü


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin