"İphone almayın" - Bloger çağırış etdi (VİDEO)

17:34 - 7 Oktyabr 2024

TikTok-da Yotroka təxəllüsü ilə çıxış edən belaruslu bloger son videolarından birində iPhone 14 Pro Max-dan tez-tez istifadə etdiyi üçün aldığı zədədən danışıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Yotrokanın sözlərinə görə, o, son bir il ərzində iPhone 14 Pro Max istifadə edir. İş yerində uzun müddət əlində smartfon tutmalı olub və bu səbəbdən də zaman keçdikcə əli ağrımağa başlayıb. Altı ay sonra qızın biləkləri çatlamağa başlayıb və o, həkimə müraciət etmək qərarına gəlib.

“Keçən gün ortopedin qəbuluna getdim. Biləyimi ultrasəs müayinəsini etdi və dedi ki, altı aydır orada iltihab var. Həddindən artıq stress səbəbindən iltihab meydana gəlib. Yəni iPhone 14 Pro Max mənim biləyimə həddindən artıq zərər verib”, - bloger bildirib.

Videonun sonunda Yotroka smartfonlardan aktiv istifadə edənləri Pro Max seriyasından iPhone almamağa çağırıb.

 


Xəbər xətti

7 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin